
Qısa müddətdə hazır olan “börək”: Onu hazırlamaq üçün...
Dünəndən qalan, bayat çörəklərdən istifadə edərək ləzzətli börək hazırlamaq olar.
Lent.az Türkiyə mediasına istinadən həmin börəkin hazırlanma qaydasını təqdim edir:
Börəkin hazırlanması üçün lazım olan ərzaqlar:
Bayat çörək
Qatıq
Mayonez
Yumurta
Ağ pendir
Holland pendiri
Duru yağ və ya kərə yağı
İndi isə hazırlanma qaydasına baxaq:
Soba qabına bayat çörəkləri dilimləyib qoyuruq. Qatığı bir qaba töküb, içinə 2 qaşıq mayonez, 3 yumurta və yağ əlavə edib qarışdırırıq. Düzdüyümüz çörəklərin üzərinə ağ pendir rəndələyib, hazırladığımız qatığı üzərinə töküb sobaya yerləşdiririk. Qatıq qatılaşmağa başlayanda sobadan çıxarıb digər pendiri rəndələdikdən sonra yenidən sobaya veririk. Üzərindəki pendir də qızardıqdan sonra çıxarıb servis edə bilərsiniz.
Nuş olsun!

Lamiyə Məmmədova
Oxşar yazılar

Uşaqların sevimli şirniyyatı “Tısbağa qurabiyə”
15 yanvar 2021 , 16:55
Dadından doymadığınız “Rafaello”: Onu necə hazırlayaq?
13 yanvar 2021 , 11:31
Məşhur Alman yeməyi “Frikasse”: Ləziz dadını unutmayacaqsınız
11 yanvar 2021 , 15:58
Qış aylarının sevimli yeməyi “Ətli piroq”: Onu hazırlamaq üçün...
4 yanvar 2021 , 13:21
Yeni il süfrəsinin bəzəyi olan hinduşkanın FAYDALARI
30 dekabr 2020 , 17:46
Asan hazırlanan “Kartof kotleti”: Bu üsuldan istifadə etsəniz...
30 dekabr 2020 , 13:33
“Balıq kotleti” – Uşaqlar onu çox sevir
29 dekabr 2020 , 15:30