Milli Mətbəximizin  əvəzolunmaz yeməyi FƏSƏLİ – Lent.az-ın MƏTBƏXİNDƏ
21 may 2022 18:00 (UTC +04:00)

Milli Mətbəximizin əvəzolunmaz yeməyi FƏSƏLİ – Lent.az-ın MƏTBƏXİNDƏ

Lent.az-ın mətbəxi layihəsində bu dəfə Azərbaycanın milli mətbəxindən olan “Fəsəli” haqqında danışacağıq. 

Milli mətbəximizin bu yeməyinin hazırlanması qısa vaxt tələb edir. Fəsəlini bişirmək üçün bir neçə ərzaq lazımdır. Çox ləzzətli olan bu yemək süfrələrimizin əvəzolunmaz nemətidir. Sosial şəbəkədə “Kemale. Kerimli82” adı ilə tanınan səhifəyə istinadən fəsəli reseptini sizə təqdim edirik. 

Qeyd edək ki, təqdim etdiyimiz reseptlə 5 ədəd fəsəli alınır. 

Stəkan ölçüsü 200 ml. 

Lazım olan ərzaqlar: 

4 stəkan un

1 çay qaşığı duz

1 çay qaşığı şəkər tozu

1 çay qaşığı quru maya

Yuxaları yağlamaq üçün 

150 qram ərinmiş kərə yağı

1 çay qaşığı cirə

1 çay qaşığı razyana

Yarım çay qaşığı duz

Yarım çay qaşığı sarıkök

Qaşığın ucunda qara istiot

Hazırlanma qaydasını videodan izləyə bilərsiniz. 

Nuş olsun!
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4113
avatar

Sevinc Fərid

Oxşar yazılar