Hindistan mətbəxinin məşhur şirniyyatı “Jalebi”
21 dekabr 2020 19:54 (UTC +04:00)

Hindistan mətbəxinin məşhur şirniyyatı “Jalebi”

Dünya mətbəxindən fərqli yeməkləri sevənlər üçün yaxşı reseptimiz var. Bu dəfə Hindistan mətbəxindən sizə dadlı bir şirniyyat resepti hazırladıq. 

Lent.az sizə “Jalebi”nin hazırlanma qaydasını təqdim edir:

Bu şirniyyatı hazırlamaq üçün bizə lazım olan ərzaqlar:

1.5 stəkan ələnmiş un

1.5 çay qqaşığı manna

1/4 çay qaşığı soda

1 xörək qaşığı qatıq

Su (xəmir üçün 1 stəkan; şərbət üçün 1 stəkan)

Duru yağ (qızartmaq üçün)

1.5 stəkan şəkər tozu

1 çay qaşığı təzə sıxılmış limon suyu

İndi isə hazırlanma qaydası:

Dərin bir qaba ələnmiş unu, mannını, sodanı, qatığı və isti suyu əlavə edib yaxşıca qarışıdırın. Xəmirin üstünü örtüb, 2 saat isti yerdə saxlayın.

Xəmir dincələnə qədər şərbəti hazırlayaq. Bir qazana suyu, sıxılmış limon suyunu və şəkər tozunu əlavə edin. Şərbəti qaynayana qədər sobanın üstündə saxlayın. Daha sonra soyuması üçün kənara qoyun.

“Jalebi” spiral formasında hazırlanır. Bunun üçün xəmirdən bir parça ayırıb nazik, uzun formalar hazırlayın. Sonra bu formaları spiral formasına salın. Tavaya duru yağ əlavə edin. Yağ elə olsun ki, “Jalebi”lər tavanın dibinə düşməsin, yağın üstündə qızarsın. “Jalebi”lərin hər tərəfini qızılı rəng alana qədər qızardın. Bişən “Jalebi”ləri salfetkanın üzərinə qoyun ki, əlavə yağını özünə çəksin. Hazır olan “Jalebi”ləri şərbət salıb, süfrəyə təqdim edə bilərsiniz.

Nuş olsun!

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7487

Oxşar yazılar

İnanılmaz şokoladlı keks RESEPTİ

İnanılmaz şokoladlı keks RESEPTİ

20 may 2025 , 17:58
Faydalı limonlu-çiyələkli  dondurma - RESEPT

Faydalı limonlu-çiyələkli dondurma - RESEPT

19 may 2025 , 18:13
"Duzdan artıq istifadə qan təzyiqini artırır"  - Dietoloq

"Duzdan artıq istifadə qan təzyiqini artırır" - Dietoloq

19 may 2025 , 11:52
Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

Hər gün balıq yemək olarm? - həkimlərdən CAVAB

17 may 2025 , 15:58
Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi -  RESEPT

Tərəvəz və göbələkli sobada bişmiş toyuq filesi - RESEPT

14 may 2025 , 14:52
Ən dadlı balqabaq çörəyinin  sirri: RESEPT

Ən dadlı balqabaq çörəyinin sirri: RESEPT

13 may 2025 , 15:10
Sezar salatının  büdcəyə uyğun RESEPTİ

Sezar salatının büdcəyə uyğun RESEPTİ

12 may 2025 , 13:57
Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

Bişirilmədən hazırlanan bananlı tort: RESEPT

9 may 2025 , 19:45