Sobada bişirilmiş xırtıldayan kartof şiş kababı bayram süfrəsi üçün orijinal yemək ola bilər. Sadə ərzaqlar, minimum zəhmət tələb olunur, nəticədə isə əsl piknik dadını xatırladan ləzzətli yemək alınır.
Lent.az bu resepti təqdim edir:
Bayram süfrəsi üçün ətli kartof şiş kababları
Lazım olan ərzaqlar:
qaynadılmış kartof - 8-10 ədəd
donuz əti (döş hissəsi) - 500 qram
duz, istiot - zövqə görə
üyüdülmüş keşniş - 0,5 çay qaşığı
qurudulmuş sarımsaq - 0,5 çay qaşığı
yarım limonun suyu
Sous üçün:
xama - 3 xörək qaşığı
mayonez - 3 xörək qaşığı
bitki yağı - 1 xörək qaşığı
duz, istiot - zövqə görə
sarımsaq - 3 diş
şüyüd - 1 dəstə
Hazırlanma qaydası
Kartofu duzlu suda bütöv halda, demək olar ki, hazır olana qədər qaynadın. Kartofun çox bişməməsi vacibdir. Əti duz, ədviyyatlar və limon suyu ilə marinadlayın. Sousu isə xama, mayonez, ədviyyatlar, bitki yağı, xırdalanmış sarımsaq və doğranmış şüyüddən hazırlayın. Taxta şişlərə növbə ilə kartof və ət keçirin, soba üçün nəzərdə tutulmuş listə düzün və üzərini sousla yağlayaraq bişirin.
