“Balıq kotleti” – Uşaqlar onu çox sevir
29 dekabr 2020 15:30 (UTC +04:00)

“Balıq kotleti” – Uşaqlar onu çox sevir

Uşaqları qidalanması, sağlam böyüməsi bu gün hər bir valideynin üzərində durduğu ciddi mövzulardandır. Sağlam inkişaf üçün lazım olan qidalardan biri də balıqdır. Etiraf edək ki, hər uşaq balığı sevmir. Amma bu dəfə təqdim edəcəyimiz reseptlə balığı uşağınızın sevimli yeməyinə çevrilə bilər.

Lent.az “Balıq kotleti”ni təqdim edir:

Bu yeməyi hazırlamaq üçün lazım olan ərzaqlar:

400 qram balıq filesi

1 ədəd toyuq yumurtası

6 ədəd bildirçin yumurtası

2 dilim ağ çörək

6 xörək qaşığı süd

3 xörək qaşığı çörək suxarısı

Duz (zövqə görə)

Hazırlanma qaydası:

Məsləhət görərdik ki, evdə hazırlanmış balıq filesi olsun. Bunun üçün ağ balığı yaxşıca yuyubkağız dəsməlla qurulayırıq. Sonra əlinizlə və ya maqqaşla qılçıqları təmizləyirik. Balıqları xırda doğrayın. Mətbəx kombaynından və ya blenderdən keçirin. Ağ çörəyi bir neçə dəqiqə isti süddə saxlayın. Kotlet çox boş olmasın. Balığı, südə batırılmış çörəyi və 1 ədəd yumurtanı birlikdə yaxşı qarışdırırıq. Bildircin yumurtalarını 3-4 dəqiqə suda bişirin.

Bişdikdən sonra soyuması üçün soyuq suya qoya bilərsiniz. Əlinizi soyuq suya salın, daha sonra hazır olan balıq filesindən təxminən əlinizin içinə yerləşəcək boyda götürün və əlinizdə düzləşdirin. Ortasına 1 ədəd bildirçin yumurtası qoyun. Sonra balıq filesi ilə onu yumru kotlet formasında bükün. Kotleti elə hazırlayın ki, yumurta görünməsin. Daha sonra kotleti çörək suxarısına hərtərəfli bulayın. Hazır olan kotletləri buxar qazanında bişirin.

Əgər buxar qazanınız yoxdursa, sobada da bişirə bilərsiniz. Bunun üçün sobanı 180 dərəcədə qızdırın. Qabın içini duru yağla yağlayın və kotletləri buraya düzün və 40 dəqiqə bişirin.
Bu yeməyi fərqli balıqlarla yoxlaya bilərsiniz. Fikirlərinizi bizimlə paylaşmağı unutmayın.

Nuş olsun!

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4080
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar