"Ayva tatlısı"nın hazırlanma qaydası
14 dekabr 2020 19:41 (UTC +04:00)

"Ayva tatlısı"nın hazırlanma qaydası

“Ayva tatlısı” adı ilə tanınan şirniyyat: Onu hazırlamaq üçün...

Yeməkdən sonra süfrəyə gətirilən şirniyyatın yeri başqadır. Süd və meyvələrlə hazırlanan şirniyyatlardan kim uzaq dura bilər ki?

Soyuq şəkildə yeyilən südlü desertlərə isti havalarda üstünlük verilir, meyvəli şirniyyat isə hər mövsümdə yeyilir.

Təbii ki, meyvələr mövsümə görə dəyişir. Payız və qışda heyva, alma, armud və balqabaq, yaz və yayda isə şaftalı, ərik, əncir və onlarla meyvədən istifadə olunur.

Lent.az sizə Türkiyə mediasına istinadən bu ölkədə sevilərək yeyilən  “ayva tatlısı", yəni heyva şirniyyatı təqdim edir: 

Heyva şirniyyatı üçün bizə nələr lazımdır?

3 heyva,

Yarm kasa şəkər,

1 darçın çubuğu,

5 ədəd mixək,

1 limon,

1 stəkan yarım su,

3 qaşıq qaymaq və ya xama

İndi isə “ayva tatlısı”, yəni heyva şirniyyatını hazırlayaq. Əvvəlcə dərin bir qaba su doldurun və içərisinə limon sıxın. Heyvaları ikiyə bölərək soyun və tumlarını çıxarın. Tumları ayrı yerdə toplayın, bişirərkən şirniyyata rəng verməsi üçün istifadə edirik.

Heyvaları soyduqca limonlu suya salıb saxlayın. Hamısı hazır olanda orta hissələr üstdə qalacaq şəkildə qazana yığın. Darçın, qərənfil və heyva toxumlarının hamısını heyvanın üzərinə əlavə edin. Sonra şəkəri hər birinin üzərinə bərabər şəkildə tökün.

Qazana suyu tökdükdən sonra qapağını örtün. Orta atəşdə 1 saat qaynadın. Sonra bişən heyva dilimlərini nimçələrə düzün, soyusun.  Soyuyan heyvaların hər birinin üzərinə bişdiyi sudan tökün, sonra qaymaq və ya xamanı əlavə edin. Artıq yeyə bilərsiniz. 

Nuş olsun.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2941

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54