“Aşure” necə hazırlanır? - İnanca görə...
09 dekabr 2020 16:59 (UTC +04:00)

“Aşure” necə hazırlanır? - İnanca görə...

Dünyanın qədim bir şirniyyat növü var, adına "aşure" deyirlər. Buğda, lobya, noxud, ərik, əncir kimi müxtəlif paxla və çərəzlərin birlikdə qaynadılması ilə hazırlanır.

Lent.az sizə həm isti, həm soyuq yeyilə bilən, “Aşure”nin hazırlanma qaydasını təqdim edəcək:

Aşure "Nuhun şirniyyatı" olaraq da tanınır. Çünki məşhur inanca görə, böyük tufandan sonra həzrət Nuh və yanındakıların özlərilə götürdükləri yeməklər qurtarmağa başlayır. Gəmidəkilər əllərində qalan bütün yeməkləri bir qazana tökərək qaynadırlar, ortaya dadlı bir şorba çıxır. Türkiyədə bu şirin sulu şorba, yəni aşure şirniyyatı əsasən hicri təqvimilə Məhərrəm ayının aşura, yəni 10-cu günü bişirilir.

Aşure adı fərqli şəkillərdə bir çox məmləkətlərdə müəyyən hadisələri qeyd edərkən bişirilir, evdən, yaxın ətrafdan başlayaraq qonum-qonşuya və tanışlara paylanılır. Şəfalı yemək olduğuna inanıldığına görə, aşure xəstələr və uşaqlar üçün də bişirilir. Azərbaycanın bəzi yerlərində bu yemək “hədik” adlanır və adətən uşaqların diş çıxarma müddətində bişrilir. İnanca görə,uşağın adına hədiyin bişrilməsi, onun daha asan diş çıxarmasına səbəb olur.

Beləliklə, aşure hazırlamaq üçün nələr lazımdır, onları sadalayırıq:

  • 2 stəkan buğda,
  • 3 stəkanı şəkər tozu,
  • yarım stəkan lobya,
  • yarım stəkan noxud,
  • yarım stəkan qara kişmiş,
  • 4 ədəd quru əncir,
  • 4 ədəd quru ərik,
  • bir az fındıq.

  Üstünü bəzəmək üçün,

  • darçın,
  • qoz ləpəsi,
  • nar dənələri.

Sıra gəldi aşureni bişirməyə. 

Bir gecə əvvəldən buğda, lobya və noxudu ayrı-ayrılıqda isladın. Ertəsi gün buğda, noxud və lobyanı ayrı-ayrı qazanlarda yumşalana qədər xeyli qaynadın. Yumşaldımı, bu dəfə hamısını qarışdırıaraq yenə qaynatmağa davam edin. Sonra şəkər tozu, yuyulmuş kişmiş, kiçik doğranmış əncir və ərikləri tökün. Hamısını birlikdə beş-on dəqiqə bişirdikdən sonra üzərinə fındığı əlavə edib qarışdırın və qazı söndürün. Bişən aşuranı isti-isti kasalara tökün. İlıqlaşdıqdan sonra üzərinə qoz ləpəsi qırıqları, darçın və nar dənələri səpərək bəzəyin.

Nuş olsun!

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3526

Oxşar yazılar

Hansı xiyarlardan turşu qoymaq  olmaz?

Hansı xiyarlardan turşu qoymaq olmaz?

5 iyul 2025 , 12:15
Hamiləlik planlaşdıranlara bu balığı  yemək olmaz

Hamiləlik planlaşdıranlara bu balığı yemək olmaz

4 iyul 2025 , 10:59
Qarğıdalı çubuqları nədən hazırlanır?

Qarğıdalı çubuqları nədən hazırlanır?

4 iyul 2025 , 09:24
Ən yumuşaq balıq kotleti RESEPTİ

Ən yumuşaq balıq kotleti RESEPTİ

3 iyul 2025 , 14:18
Qarabaşağın bilinməyən 5 FAYDASI : Qocalmanı ləngidir və...

Qarabaşağın bilinməyən 5 FAYDASI: Qocalmanı ləngidir və...

3 iyul 2025 , 10:14
Dadlı qarabaşaq yarmasını  necə bişirmək olar: bu məhsulu əlavə edin

Dadlı qarabaşaq yarmasını necə bişirmək olar: bu məhsulu əlavə edin

2 iyul 2025 , 19:42
İri dənəli duzdan QAÇIN:  Bilmədiyimiz ZƏRƏRLƏR

İri dənəli duzdan QAÇIN: Bilmədiyimiz ZƏRƏRLƏR

2 iyul 2025 , 14:34
Şokoladlı tort:  asan və tez RESEPT

Şokoladlı tort: asan və tez RESEPT

1 iyul 2025 , 12:54