Arıqlamaq üçün yüksək zülallı  sürətli çörək resepti
25 iyul 2025 13:33 (UTC +04:00)

Arıqlamaq üçün yüksək zülallı sürətli çörək resepti

Sağlam həyat tərzi tərəfdarları arasında yeni trend – qırmızı mərciməkdən hazırlanan zülallı çörək. Bu sadə və sürətli resept, həm arıqlamaq, həm əzələ kütləsini qorumaq, həm də çörək ləzzətindən imtina etməmək istəyənlər üçün ideal həll yolu hesab olunur.

Lent.az bu resepti təqdim edir:

Niyə mərcimək çörəyi arıqlamaq üçün faydalıdır?

Qırmızı mərcimək - superfood hesab olunur.

100 qram hazır mərcimək çörəyində 25 qramadək bitki mənşəli zülal var,

Bu, adi buğda çörəyindən 2 dəfə çoxdur,

Qlütensiz, şəkərsiz və az yağlıdır.

Belə çörək:

Uzun müddət toxluq hissi yaradır,

Qan şəkərini tənzimləyir,

Vegan və ya qlütensiz pəhriz saxlayanlar üçün uyğundur.

Mərcimək çörəyinin tərkibi

Qırmızı mərcimək – 200 qram

Duz – 5 qram

Yumurta – 2 ədəd

Bitki yağı – 20 millilitr

Xama (və ya qatıq) – 100 qram

Qabarma tozu (razıx) – 10 qram

Ədviyyatlar (zövqə görə) – 3 qram

Hazırlanma qaydası

Mərciməyi yaxşıca yuyun və 3–4 saat və ya gecədən suya qoyun. Artıq suyu süzün, bütün inqrediyentləri əlavə edin və blenderdə homogen kütlə alınana qədər qarışdırın. Hazır xəmiri perqament kağızı sərilmiş formaya tökün. 180°C-də 35–40 dəqiqə bişirin – üstü qızılı rəng alana qədər.

Bu çörək

Dadlıdır

Sağlamdır

Hazırlanması asandır

Sosial şəbəkələrdə minlərlə müsbət rəy toplayıb!


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1132

Oxşar yazılar