17-ci əsrdən bəri   hazırlanan məşhur NAPOLEON TORTU
29 dekabr 2022 18:37 (UTC +04:00)

17-ci əsrdən bəri hazırlanan məşhur NAPOLEON TORTU

Yeni il gecəsində süfrədə şirniyyat mütləqdir. Buna Napoleon tortunu misal göstərmək olar. Qat-qat xəmirdən hazırlanan bu tort bir az əziyyət tələb edir. Amma sonda dadı damağınızdan getmir.

Napoleon tortunun yaranma tarixi uzun illərə gedib çıxır. Bu tort 17-ci əsrdə hazırlanmağa başlayıb. "Milfeuille" kimi də tanınan "1000 vərəq" tortu da adlanır.

Uşaqlıqdan bəri hər kəsin sevimlisi olan bu tort reseptini təqdim edirik:

Lazım olan ərzaqlar:

Xəmir üçün

700 qram un

300 qram kərə yağı

150 ml stəkan su

Bir çimdik duz

Krem üçün

500 ml əridilmiş dondurma

250 qram şəkər

2 ədəd yumurta

4 ədəd yumurtanın sarısı

200 qram kərə yağı

Tort təxminən 1 günə hazırlanır.  Əvvəlcə xəmir yayılmağa başlayır. Daha sonra qatların arasına krem çəkilir. Bacardıqca kremi tez-tez yox, asta-asta yayın. Bu tortun daha səliqəli olması üçün vacibdir. Krem tam xəmirə oturmalıdır. Hazırlandıqdan sonra tort soyuq otaqda bir neçə saat saxlanılmalıdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8376
avatar

Oxşar yazılar