“Yaxşı ki, izlədim” deyəcəyiniz 13 film
05 oktyabr 2022 10:10 (UTC +04:00)

“Yaxşı ki, izlədim” deyəcəyiniz 13 film

"Leon"

1994-cü ildə çıxmış  “Leon”- Sevginin gücü filmi məsum bir qız və bir qatilin hekayəsindən bəhs edir. 12 yaşlı yetim Matilda və Leonun həyatda qalmaq uğrunda mübarizəsini izləməyə dəyər.

"Con Molkoviç olmaq"


Film kukla ustası Qreqin öz monoton həyatından narazı olması, günün birində tapdığı sirli bir qapıdan içəri girincə özünü Con Malkoviç adlı bir adamın bədənində tapmasından ibarətdir.

"Ulduz tozu"


Tristian sevdiyi qızın könlünü qazanmaq üçün ona göydən bir ulduz dərəcəyinə söz verir. Amma bilmir ki, sevdiyi qızın özü ulduzdur və bu ulduzu əldə etmək üçün yüzlərlə cadugər axtarışdadır.


"Forrest Gamp"

 Bu həyatda qaçmaqdan başqa bir iş bacarmayan ağlı zəif bir insan olan Forrest Gamp əslində hər addımı ilə tarixi hadisələrin iştirakçısı olmasından bixəbər bir ömür yaşayır. O hətta Vyetnam müharibəsindən belə medalla qayıdır. Lakin ömrü boyu özünün etdiyi yaxşı əməllərin fərqində olmur

"Yuxarıya bax"


Yaşlı bir adamla balaca bir uşağın saf dostluğundan bəhs edən bu filmdə insanların öz xəyalarını necə gerçəkləşdirə bilməsindən danışılır.


"Qəlbini dinlə"


Bu filmdə başqa ailəyə övladlıq verilmiş musiqiçi yeniyetmənin öz ailəsini axtararkən başına gələn maraqlı hadisələrin şahidi olacaq, baş verənləri göz yaşları içərisində izləyəcəksiniz.


 "Şahzadə Brid"


Fantastik bir ökədə yaşayan gənc şahzadə ilə gənc qəhrəmanın sevgi romanı çox həyəcanvericidir.

"Soul"


Musiqi müəllimi bir caz qrupu yaratmaq xəyalı ilə yaşayır və günün birində kanalizasiya quyusuna düşür, burda fərqli bir dünya ilə qarşılaşır


"Can Dostum"


Film çox istedadlı gəncə sahib çıxan, onu həbsxanadan qurtarmağa çalışan professordan bəhs edir. İki nəsil arasındakı dostluq və anlaşmanın filmidir bu film.

 "Susuz yaz"


Su sıxıntısı çəkən bir kənddə insanların yaşadığı əziyyətdən bəhs edən bu film bu fonda bir ailənin faciəsini də işıqlandırır.

"Pinin yaşamı"


 Gəmi qəzasından çıxmış və aylarla okenada bir qayıqda pələnglə birlikdə yaşamalı olan gəncin həyatı çox maraqlı təsvir edilib.


"Əhləd ağacı"


Kitab çap eləməyə çalışan bir gəncin atasının borcları onun başına dərd olur. Film gəncin çətin mübarizəsini işıqlandırır.

"Yağmur adam"


Biri autizm xəstəsi olan iki dostun maraqlı macərası film klassikləri sırasında ön yerlərdən birini tutur. İzləməyə dəyər.

# 1791
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Əl yuyulanda günahlar təmizlənir? - Belə yaranıb

Əl yuyulanda günahlar təmizlənir? - Belə yaranıb

6 dekabr 2022 , 17:56
Məşhur aktrisa amansız xəstəlikdən  ÖLDÜ  - FOTO

Məşhur aktrisa amansız xəstəlikdən ÖLDÜ - FOTO

6 dekabr 2022 , 15:38
"Teatrları veriblər  direktorların əlinə,   onlar da..." - Aqil Abbas

"Teatrları veriblər direktorların əlinə, onlar da..." - Aqil Abbas

6 dekabr 2022 , 12:19
Reqxa

Əri özünü öldürdü, qadınla sevişdiyi iddia edildi - Bir ulduz axdı

5 dekabr 2022 , 18:28
Əməkdar artist Kəmalə Rəhimli

Qayınanasına görə körpəsini öldürdülər, “Mercedes” sürən ilk azərbaycanlı qadın – Unudulan məşhurlar

3 dekabr 2022 , 20:15
İlya Ştemler

Bakıda doğulan yazıçı koronavirusdan öldü

3 dekabr 2022 , 16:50
Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi

Ərdoğan azərbaycanlı yazıçıya mükafat verdi

2 dekabr 2022 , 22:23
Elizabet Teylor

7 kişiylə 8 dəfə evlənən bənövşəyi gözlü milyonçu - Bir ulduz axdı

2 dekabr 2022 , 20:15