Zülfüqar Hacıbəyovun 130 illik yubileyi keçiriləcək
16 aprel 2014 14:43 (UTC +04:00)

Zülfüqar Hacıbəyovun 130 illik yubileyi keçiriləcək

0

Aprelin 18-də bəstəkar, əməkdar incəsənət xadimi Zülfüqar Hacıbəyovun anadan olmasının 130 illik yubileyi keçiriləcək. Muzeydən Lent.az-a verilən məlumata görə, Üzeyir Hacıbəylinin ev-muzeyində təşkil olunacaq tədbirdə bəstəkarın həyat və yaradıcılığından geniş söhbət açılacaq, əsərlərindən parçalar səsləndiriləcək.
 

 

Qeyd edək ki, Zülfüqar Əbdülhüseyn oğlu Hacıbəyov 1884-cü il aprelin 17-də Şuşada anadan olub. Qardaşları Üzeyir və Ceyhunun sənətdə, milli baxışlarının formalaşmasında Z. Həcıbəylinin rolu böyük olub.  O, “Aşıq Qərib” operasının, “Əlli yaşında cavan”, “On bir yaşlı arvad” , “Evliykən subay” musiqili komediyalarının və digər əsərlərin müəllifidir.
 

Zülfüqar Hacıbəyov maestro Niyazinin atasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 623

Oxşar yazılar