Zemfira Sadıqovanın 75 illik yubileyi qeyd olunacaq
11 iyul 2014 20:44 (UTC +04:00)

Zemfira Sadıqovanın 75 illik yubileyi qeyd olunacaq

0

İyulun 15-də C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında əməkdar artist Zemfira Sadıqovanın 75 illik yubileyi qeyd olunacaq.

 

Kinostudiyadan APA-ya verilən məlumata görə, yubiley tədbirində aktrisanın sənət dostları, tanınmış mədəniyyət və incəsənət ustalar iştirak edəcək, Z.Sadıqovanın kino fəaliyyəti, Azərbaycan mədəniyyətindəki xidmətlərindən söz açacaqlar.

 

Kinostudiyadan bildiriblər ki, yubiley mərasimində aktrisanın çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunacaq.

 

Qeyd edək ki, Z.Sadıqova 1939-cu ildə anadan olub. 1961-1965-ci illərdə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1974-cü ildən "Azərbaycanfilm" işləyir. O, “Tütək səsi”, “Şir evdən getdi”, “Qətl günü”, “Dəli kür” və s. filmlərdə müxtəlif rollar yaradıb. Z.Sadıqova daha çox “Dəli Kür” filmində Mələk obrazı ilə yadda qalıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 687

Oxşar yazılar