Zara Azərbaycana gəlməyəcək: <span style="color:red;">Adı siyahıdan çıxarıldı
25 iyul 2018 14:25 (UTC +04:00)

Zara Azərbaycana gəlməyəcək: Adı siyahıdan çıxarıldı

 

Bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək "Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağını müzakirə edir.

 

"Jara” Beynəlxalq Musiqi Festivalı 2018-ci il iyulun 26-dan 29-dək Bakının Nardaran qəsəbəsindəki "Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək. Festivalda Rusiya və Azərbaycandan olan müğənnilər, eləcə də bəzi digər ölkələrin ifaçıları iştirak edəcəklər.

 

Maraqlıdır, bu müzakirlərdən sonra Zaranın Bakıya gəlişi reallaşacaqmı?

 

Lent.az-ın modern.az-a istinadən məlumatına görə, "Jara”nın rəsmi internet saytında festivala qatılacaq müğənnilərin ad-soyadları ilə bildirilib. İstirahət mərkəzindən bildirilib ki, festivalda iştirak edəcək müğənnilərin siyahısı "Jara 2018”in rəsmi saytında yerləşdirilib:

 

"Qeyd etdiyiniz şəxsin adı siyahıda yoxdursa, deməli festivalda iştirak etməyəcək”,- deyə "Sea Breeze Resort”un adının açıqlamayan əməkdaşı qeyd edib.

 

Beləliklə, hazırda "Jara 2018”in saytında dərc edilən 81 nəfərlik iştirakçı siyahısında Zara Mqoyanın adı yoxdur.

 

İyulun 26-da festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq. İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. İyulun 28-də "Leninqrad” qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze, Lyubov Uspenskaya və Yuri Antonovun yaradıcılıq gecəsi təşkil olunacaq. Yubiley və yaradıcılıq gecələrində digər musiqiçilər də iştirak edəcəklər.

 

Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, "Russkoye radio”nun və "Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

 

Xatırladaq ki, "Jara-2018”in biletləri 6 ay öncədən satışa çıxarılıb. Biletlərin qiyməti 50-500 manat arasında dəyişir. Bir ayaqüstü yerin qiyməti 50 manat, oturmaq üçün yerin qiyməti isə 80-500 manat təşkil edir.

 

Artıq iyulun 26-sı üçün bütün biletlər satılıb. Festivalın AzTV ilə canlı yayımlanacağı da gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 814
avatar

Oxşar yazılar