Sentyabrın 29-da Zaqatalada "Avropa İrs Günləri" layihəsinə həsr olunmuş təntənəli bayram keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyindən Lent.az-a verilən məlumata görə, şəhərin mərkəzi parkında təşkil ediləcək şənlikdə Şəki, Qax, Zaqatala və Balakən ictimaiyyətinin iştirakı ilə xalq gəzintisi olacaq, mədəniyyət abidələri mövzusunda məktəblilər arasında keçirilən fotomüsabiqədə qalib gələn işlərin sərgisi nümayiş etdiriləcək.
Burada Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Memarlar İttifaqının, Bakı Musiqi Akademiyasının və Şəki, Qax, Zaqatala, Balakən rayonlarının yerli icra hakimiyyəti orqanlarının rəhbərliyi iştirak edəcək. Tədbirin sonunda xalq artisti Yalçın Adıgözəlovun bədii rəhbərliyi ilə Bakı Musiqi Akademiyasının Kamera Orkestrinin konserti olacaq.