YUNESKO-da “Arşın mal alan”ın 100 illiyi qeyd olunacaq
10 sentyabr 2013 10:31 (UTC +04:00)

YUNESKO-da “Arşın mal alan”ın 100 illiyi qeyd olunacaq

Sentyabrın 17-də  YUNESKO-nun Baş Qərargahında Türk Mədəniyyəti üzrə Beynəlxalq Təşkilatın (TÜRKSOY), eləcə də Azərbaycan və Qazaxıstanın YUNESKO-da Daimi Nümayəndəliklərinin birgə təşkilatçılığı ilə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Arşın mal alan” operasının 100 illiyinə həsr edilmiş bayram tədbirləri keçiriləcək. 

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, YUNESKO hələ 2011-ci ildə “Arşın mal alan” operasının 100 illiyini yubileylər siyahısına daxil edərək, onun beynəlxalq səviyyədə qeyd edilməsinə qoşulub.

 

Bayram tədbirləri çərçivəsində TÜRKSOY-un 20 illik fəaliyyəti və “Arşın mal alan” operasının yaradılmasını əks etdirən fotosərgi,  o cümlədən operaya aid tamaşa-konsertin keçirilməsi nəzərdə tutulub. Tamaşa-konsertdə Qazaxıstanın Karaqanda simfonik orkestrinin müşayiəti ilə Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə artistləri ifa edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625
avatar

Oxşar yazılar