Məşhur yunan rejissoru Teodoros Terzopulos Akademik Milli Dram Teatrının direktoru İsrafilov İsrafilovun dəvəti ilə Bakıda olub. Teatrdan Lent.az-a verilən məlumata görə, T. Terzopulosla əldə olunan razılığa əsasən, cari ilin sonlarında rejissor Akademik Milli Dram Teatrının səhnəsində Sofoklun “Antiqona” faciəsini tamaşaya hazırlayacaq.
Rejissor iki günlük səfəri zamanı ilin sonlarında hazırlanması nəzərdə tutulan “Antiqona” tamaşasının detalları müzakirə edib, teatrda gənc rejissor, aktyor və teatrşünaslarla da görüşüb, gəncləri maraqlandıran sualları cavablandırıb.
T. Terzopulos Bakıya növbəti səfərində “Antiqona” tamaşası üçün kastinq həyata keçirəcək, eləcə də seminarlar və ustad dərsləri təşkil edəcək.