Yəhudi əsilli yazıçı vəfat edib
Macarıstanlı yazıçı Dyerd Konrad (György Konrád) 87 yaşında vəfat edib.
APA-nın Rusiya mətubatına istinadən verdiyi məlumata görə, yaxınları onun uzun müddətdir, xəstəlikdən əziyyət çəkdiyini bildiriblər.
Konrad 1933-cü il aprelin 2-də müasir Macarıstanın şərqindəki Debretsen şəhərində, yəhudi ailəsində anadan olub. 1956-cı ildə Budapeşt Universitetini bitirib, 1959-cu ildən isə çap olunub.
Konrad “Ağır gün” (1969), “Şərik” (1982), “Bağda bal” (1989) kimi romanların müəllifidir.
1976-1989-cu illərdə Macarıstanda Konradın əsərlərinin çapına qadağa qoyulub.
843