“Apple”ın “iPhone” seriyasının 20 illiyi münasibətilə 2027-ci ildə xüsusi dizayna malik “iPhone 20 Pro Max” modelini təqdim etməyə hazırlaşdığı bildirilir.
Lent.az xəbər verir ki, məlumata görə, şirkət yeni modeldə son illərin ən böyük dizayn dəyişikliyini həyata keçirməyi planlaşdırır.
İddialara əsasən, cihazın təxminən 7 düymlük, çərçivələri minimuma endirilmiş ekranla gələcəyi gözlənilir. Həmçinin ön kamera və “Face ID” sisteminin ekranın altına yerləşdirilməsi, tam şüşə korpus, daha güclü “Ceramic Shield” qoruyucu örtük və yeni nəsil 2 nanometrlik A21 prosessorunun istifadə olunacağı bildirilir.
Mənbələrin məlumatına görə, “Apple” yubiley modeli ilə keçmiş baş dizayneri Coni Ayvın "vahid şüşə lövhə" görünüşü ideyasını reallaşdırmağa çalışır.
Bununla yanaşı, bütün bu xüsusiyyətlər hələlik rəsmi təsdiqini tapmayıb və şirkət tərəfindən açıqlanmayıb.