Xəstəxanada FACİƏ  - Tavandan qopan ventilyator ölümə səbəb oldu
23 iyul 2026 14:42 (UTC +04:00)

Xəstəxanada FACİƏ - Tavandan qopan ventilyator ölümə səbəb oldu

0

Hindistanın paytaxtı Dehlidə yerləşən dövlət xəstəxanalarından birində faciəli hadisə baş verib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, təcili yardım şöbəsində müalicə alan ağır vəziyyətdəki xəstənin üzərinə tavandan qopan ventilyator düşüb. Məlumata görə, hadisə Dehlidəki Quru Teq Bahadur Dövlət Xəstəxanasında qeydə alınıb. 4

2 yaşlı kişi arterial hipertenziya, meninqoensefalit və aspirasion pnevmoniya diaqnozları ilə xəstəxananın təcili yardım şöbəsində müalicə alırdı. Bildirilir ki, köhnə tavan ventilyatoru qəfil yerindən qoparaq birbaşa xəstənin çarpayısının üzərinə düşüb.

Hadisə tibb işçilərinin xəstəyə yardım göstərdiyi vaxt baş verib. Nəticədə xəstəyə qulluq edən tibb bacısı da xəsarət alıb. Hadisədən təxminən üç saat sonra 42 yaşlı kişinin ürəyi dayanıb və o, həyatını itirib.

Mərhumun ailə üzvləri göstərilən tibbi xidmətin keyfiyyətinə və hadisənin baş vermə şəraitinə etiraz ediblər. Xəstəxana rəhbərliyi isə insidentlə bağlı hələlik rəsmi açıqlama verməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 506

Oxşar yazılar