Telefonu əlindən alıb qaçdı, satdı, sonda tutuldu
23 iyul 2026 17:53 (UTC +04:00)

Telefonu əlindən alıb qaçdı, satdı, sonda tutuldu

0

Paytaxtın Nəsimi rayonunda soyğunçuluq edilib.

Lent.az xəbər verir ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən V.Abbasəliyev müəyyən edilərək saxlanılıb. 

Araşdırmalarla şübhəli şəxsin zərərçəkənin əlindən mobil telefonu alaraq hadisə yerindən qaçdığı və sonradan satdığı müəyyən edilib.

Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 214

Oxşar yazılar