Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” ÜZR İSTƏDİ  -VİDEO  - YENİLƏNİB
23 iyul 2026 13:55 (UTC +04:00)

Autizmli uşaq skuterə görə avtobusdan düşürüldü, “Baku Bus” ÜZR İSTƏDİ -VİDEO - YENİLƏNİB

0

“Baku Bus” avtobus sürücüsü ilə sərnişin arasında baş verən anlaşılmazlığa aydınlıq gətirib.

Qurumdan bildirildi ki, məsələ araşdırılıb və müəyyən edilib ki, avtobus sürücüsü tərəfindən uşaq skuterinin avtobusda daşınması ilə bağlı qüvvədə olan qaydalar düzgün tətbiq edilməyib:

“Bildiririk ki, “Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları”nın 5.1-ci bəndinə əsasən, müntəzəm avtobus marşrutlarında sərnişin özü ilə ölçüləri 60 sm × 40 sm × 20 sm-dək, çəkisi 20 kq-dan çox olmayan bir ədəd əl yükünü və uşaq arabasını daşıma haqqı ödənilmədən aparmaq hüququna malikdir.

Baş vermiş hadisə zamanı sürücü tərəfindən qaydaların tətbiqində anlaşılmazlıq yaranıb. Bununla əlaqədar sərnişindən, xüsusilə də azyaşlı övladından üzr istəyirik. Hadisə ilə bağlı sürücü barəsində müvafiq intizam tədbiri görüləcək, eyni zamanda analoji halların təkrarlanmaması məqsədilə bütün sürücülər üçün mövcud qaydalar üzrə əlavə təlimatlandırma aparılacaq”. 

***

12:00

Bakıda sərnişin avtobusunda sürücü ilə sərnişin arasında mübahisə yaşanıb.

Lent.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə videogörüntülər yayılıb.

Söz davasına səbəb sərnişinin övladını skuterlə avtobusa mindirmək istəməsi olub. Avtobus sürücüsü buna etiraz edərək, skuterlə nəqliyyat vasitəsinə minməyin qaydalara zidd olduğunu bildirib. Ana isə qeyd edib ki, övladı xəstədir, autizimli uşaqdan əlindəkini almaq olmur. 

Məsələ ilə bağlı  "BakuBus" araşdırma aparır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1232

Oxşar yazılar