Yazıçımızın adı beynəlxalq mükafata təqdim olunub
19 avqust 2013 21:30 (UTC +04:00)

Yazıçımızın adı beynəlxalq mükafata təqdim olunub

Azərbaycanlı uşaq yazıçısının adı beynəlxalq mükafata təqdim olunub. F. Köçərli adına Respublika Kitabxanası üzvü olduğu Beynəlxalq Uşaq Kitabları Şurasının 2014-cü il üzrə Hans Kristian Andersen mükafatına uşaq yazıçısı Sevinc Nuruqızının namizədliyini təqdim edib.

 

Sevinc Nuruqızının APA-ya verdiyi məlumata görə, onun adı artıq namizədlərin siyahısına daxil edilib. Müəllifin “Ağca və cuppulu”, “Aysu və ay” kitabları doqquz ünvanda olan münsiflər heyətinin üzvlərinə göndərilib. 2014-cü il üzrə Hans Kristian Andersen mükafatı uğrunda 34 ölkədən 29 müəllif və 31 illüstrator mübarizə aparacaq. Mükafatın münsiflər heyətinin seçimi 2014-cü il martında başa çatacaq. Qaliblərin adı martın 24-də Boloniya Uşaq Kitabı sərgisində Beynəlxalq Uşaq Kitabları Şurasının mətbuat konfransında elan olunacaq.

 

Qeyd edək ki, 1956-cı ildə Beynəlxalq Uşaq Kitabları Şurası tərəfindən təsis olunan mükafat iki ildən bir təqdim olunur. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1107
avatar

Oxşar yazılar