Yazıçı Kənan Hacının müalicəsi gələn həftədən başlayır
15 avqust 2015 16:48 (UTC +04:00)

Yazıçı Kənan Hacının müalicəsi gələn həftədən başlayır

 

“Səhiyyə Nazirliyinə minnətdaram, nəzarətdə saxlayırlar”

 

Yazar-jurnalist Kənan Hacıdan xəbər var.

 

Lent.az-ın musavat.com-a istinadən xəbərinə görə, K.Hacı deyib ki, onu müayinədən keçiriblər: “Dedilər ki, ciddi müalicə almalısan, yoxsa xəstəlik serroza çevrilə bilər. Ürəyimdə ciddi problemlər var . Qara ciyərim böyüyüb, amma hələ zədələnməyib. Xəstəxanada yatmalı olduğumu bildirdilər, dedilər, göndəriş gətirin, sizi xəstəxanaya yatıraq”.

 

Yazarın sözlərinə görə, müalicəsi bazar ertəsindən başlayacaq.

 

“Məndən müayinə üçün heç bir məbləğ almadılar. Səhiyyə Nazirliyinin tibbi profilaktika şöbəsi müdirinin müavini Yusif Babayevə xüsusi təşəkkür edirəm . Prosesə o nəzarət edir. Xəstəxananın baş həkim müavini Qətibə xanıma da təşəkkür edirəm ki, mənim tam müayinələrdən keçməyim üçün göstərişlər verdi”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 229
avatar

Oxşar yazılar