Yataq xəstəsi olan əməkdar artist təhlükəli əməliyyata girir - <span style="color:red;">AÇIQLAMA
14 yanvar 2015 14:06 (UTC +04:00)

Yataq xəstəsi olan əməkdar artist təhlükəli əməliyyata girir - AÇIQLAMA

9 ildir şəkər xəstəlikdən əziyyət çəkən əməkdar artist, Musiqili Teatrının aktrisası Gülnar Salmanova əməliyyat olunub. Bu barədə Lent.az-a aktrisanın özü məlumat verib. O, bildirib ki, 1 ay sonra yenidən əməliyyat olunacaq: “Demək olar ki, əməliyyatım uğurla keçdi. İndi özümü normal hiss edirəm. Səhhətimə maneə yaradan damar genişlənməsi idi. Həkimlər hələ ki, o damarı genişləndirməyiblər. Təxminən 1 ay sonra damarımı genişləndirib, ora “kateter” salacaqlar. Həkimlərim nəzarəti ilə hər şeyin müsbət olacağına inanıram. Artıq evə gəlmişəm. Növbəti əməliyyatıma hazırlaşıram. Amma onu deyim ki, 2-ci əməliyyatım çox ağır və təhlükəli hesab olunur. Allahın köməyi ilə yaxşı olacağıma inamım var”.

 

G.Salmanova bildirib ki, əməliyyat xərclərini Səhiyyə Nazirliyi yox, özü ödəyib: “Əməliyyatımın bütün xərclərini özüm ödədim. Yəni maddi tərəfinə oğlum kömək etdi". 

 

Xatırladaq ki, G.Salmanova bundan öncəki açıqlamasında bildirmişdi ki, onun əməliyyatın xərclərini Səhiyyə Nazirliyi öz üzərinə götürüb.

 

Onu da əlavə edək ki,  aktrisa əməliyyatı  “damar genişlənməsi” patologiyasına görə  “Style medical” tibb mərkəzində aparılıb.

 

Qeyd edək ki, 2001-ci ildə əməkdar artist fəxri adına layiq görülən aktrisa "Beşmanatlıq gəlin" də Naznaz, "Özümüz bilərik" də Ceyran, "Subaylarınızdan görəsiniz" də Çiçək, "Hicran"da Çarleston, "Bankir adaxlı" da Maral, "Məhəbbət oyunu" da Ceyran, "Aldın payını, çağır dayını" tamaşasında at Balaxanım və başqa obrazları ilə tanınıb. Aktrisa ümumilikdə 178 tamaşada rol alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 181
avatar

Yalçın UĞUR

Oxşar yazılar