Xanım Qafarovanın ayaqları tutuldu
09 may 2014 11:15 (UTC +04:00)

Xanım Qafarovanın ayaqları tutuldu

“Yerimək imkanım yoxdur, ayağa dura bilmirəm. Neçə gündür ayaqlarım tutulub”. 
 

Lent.az-ın “aznews-az”a istinadən xəbərinə görə, bunu Azərbaycanın əməkdar artisti, Dövlət Musiqili Teatrın aktrisası Xanım Qafarova deyib.

O bildirib ki, həkimlər ayaqlarının tutulmasını qanının aşağı düşməsi ilə bağlı olduğunu deyiblər: “Qəfil qanım aşağı düşdü. Bu səbəbdən də səhhətimdə problem yarandı”. 

X. Qafarova müalicə məqsədilə ona qan köçürüldüyünü də deyib: “Əgər qanım qaydasına düşsə, bu problem aradan qalxacaq. Qanım aşağı düşdüyündən kimyaterapiya da oluna bilmirəm”.

Qeyd edək ki, Xanım Qafarova onkoloji xəstəlikdən əziyyət çəkir. O, bu xəstəliklə əlaqədar Azərbaycanda 3 dəfə əməliyyat olunub və Türkiyədə vaxtaşırı müalicə kursu alır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2293
avatar

Oxşar yazılar