Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi mayın 9-da, respublikanın əməkdar artisti Xanım Qafarovanı ziyarət edib. Ziyarətin məqsədi aktrisanı doğum günü münasibətilə təbrik etmək olub. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, teatrın rəhbərliyi, aparıcı aktyorları, eləcə də gənclərin bu əlamətdar tarixdə Xanım Qafarovanı xatırlaması, uzun zamandır ağır xəstəliklə mübarizə aparan aktrisaya ruh yüksəkliyi, mənəvi kömək olub: “Teatr kollektivi sağ olsun, məni heç vaxt unutmayıb, hər çətin anımda yanımda olublar. Ad günü təbriki də mənə xoş bir sürpriz oldu. Mən xüsusilə gənclərin ziyarətini sənətə, sənətkara verilən dəyər kimi qiymətləndirirəm. Həmkarlarımla növbəti dəfə səhnədə görüşmək istəyirəm”.