Xanım Qafarova aparıcılıq edəcək
24 oktyabr 2013 14:37 (UTC +04:00)

Xanım Qafarova aparıcılıq edəcək

Musiqili Komediya Teatrının aktrisası, əməkdar artist Xanım Qafarova yerli telekanalın birində aparıcılıq edəcək. Bu barədə Lent. az-a aktrisanın özü məlumat verib. O, deyib ki, təklif çoxdan gəlib: “Bir az soyuqladığıma görə evdən çölə çıxmıram. Amma evdə olsam da işləyirəm. Artıq bir-iki aydan sonra tamaşaçılar məni aparıcı kimi görəcəklər. Bu, yəqin, yeni ildə baş tutacaq. İstədim özümü aparıcılıqda da sınayım. Düşünürəm ki, aparıcılıq da məndə pis alınmayacaq. Çünki peşəkar aktrisayam və uzun illərdir bu sahədəyəm. Bundan əlavə, yeni tamaşalarda da məni görəcəksiniz ”.

 

Bir neçə ay öncə Türkiyədə gözündən əməliyyat olunan X. Qafarova onu da əlavə edib ki, hazırda gözü əvvəlki kimi qaydasındadır və müalicə davam edir.

# 1417
avatar

Yalçın UĞUR

Oxşar yazılar