Keçmiş parlament sədri Təbrizi «farsdilli» adlandırıb
İranda 6-cı sinfin yeni «Fars dili» dərsliyində dərc edilən “Ey, fars dili” adlı şeirdə Təbrizin farsdilli bir şəhər kimi təsviri etirazlara səbəb olub.
Lent.az-ın məlumatına görə,Azərbaycan müəllimilər ictimai şəbəkədə bu məsləyə belə etiraz ediblər: “Biz şagirdlərimizə necə deyək ki, sizin ana diliniz Tehran və Kabil əhalisinin ana dili kimi farscadır? Axı, Təbriz əhalisinin ana dili türkcədir!”.
6-ci sinif dərsliyinin həm içi, həm arxa cildində dərc edilən “Ey,fars dili” şeirinin müəllifi İran parlamentinin keçmiş sədri Qulaməli Həddad Adildir. O, əvvəllər « Fars dili və Ədəbiyyatı Akademiyası»nın sədri olub.
Keçmiş sədr İranın ali lideri ayətullah Seyyid Əli Xamneyiyə ən yaxın adamlardan biri kimi tanınır. O,ölkə liderinin qudasıdır.Bəzi xəbər saytları gələcək prezident seçkilərində Həddad Adilin nəmizəd ola biləcəyi ilə bağlı məlumat da yayıb.
“Ey Fars dili, ey Dəri dənizinin dürdanəsi, ey ata-babalardan bizə qalan irs, ey ana dilimiz!” beyti ilə başlayan şeirin 3-cü beytində «Tehran, Kabil, Xücənd, Nişapur, Bəlx və Təbriz kimi şəhərlər farsdilli bölgələr» kimi qeyd edilib.
Onu da qeyd etmək lazımdır ki, Qulaməli Həddad Adil İran fars şovnistlərinin ideoloji liderlərindəndir.