Xalq artisti xəstəxanadan evə buraxıldı
11 avqust 2014 12:52 (UTC +04:00)

Xalq artisti xəstəxanadan evə buraxıldı

Xalq artisti, əfsanəvi “Qaya” qrupunun solisti Rauf Babayev xəstəxanadan çıxıb. Bu barədə Lent.az-a Elmi - Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professoru Adil Baxşəliyev bildirib. Professor deyib ki, xalq artisti müalicəsini evdə davam etdirəcək: “Rauf Babayevin vəziyyəti stabildir, yaxşıdır. Artıq evə göndərilib. Buna baxmayaraq, daim nəzarətdə olacaq. İki-üç gündən bir həkim göndərəcəyəm, gedib evində onu müayinə edəcək”.

 

 

Qeyd edək ki, xalq artisti Rauf Babayev avqustun 8-də axşam beyin qan dövranının pozğunluğu ilə əlaqədar Elmi - Tədqiqat Kardiologiya İnstitutuna yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1071
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar