Aprelin 23-də Heydər Əliyev Sarayında xalq artisti Tofiq Əhmədovun 90 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək.
Mədəniyyət və Turizm NazirliyindənAPA-ya verilən məlumata görə, gecədə Azərbaycan Televiziya və Radio Verilişləri Səhmdar Cəmiyyətinin estrada-simfonik orkestri, tanınmış ifaçılar, musiqiçilər iştirak edəcəklər.
Yubiley tədbirində sənətkara həsr olunmuş videokadrlar nümayiş etdiriləcək, sarayın foyesində Musiqi Mədəniyyəti Dövlət Muzeyi tərəfindən hazırlanmış foto-sərgi nümayiş olunacaq.
Qeyd edək ki, prezidentin müvafiq sərəncamına əsasən T.Əhmədovun 90 illik yubileyi bir sıra musiqi və incəsənət məktəblərində də silsilə şəkildə qeyd olunacaq.