Nuriyyə Əhmədovanın səhhətindən xəbər var
27 fevral 2015 15:47 (UTC +04:00)

Nuriyyə Əhmədovanın səhhətindən xəbər var

Xalq artisti Nuriyyə Əhmədova Əjdər Məlikov adına 6 saylı birləşmiş şəhər xəstəxanasının reanimasiya şöbəsindən evə buraxılıb. Bu barədə aktrisanın özü Lent.az-a məlumat verib. Aktrisa deyib ki, artıq bir neçə gündür ki, ev şəraitində müalicə olunur: “Daim həkimlərin nəzarətindəyəm. Ev şəraitində müalicə olunuram. Həkim məsləhət gördü ki, vaxt olduqca hava da qəbul edim. Dərmanlarımı da qəbul edirəm. Hər gün həkim mənim vəziyyətimlə maraqlanır. Yaxşı olacağıma ümidliyəm. Allah heç kəsi xəstə edib, yatağa salmasın”.  


 

 

Qeyd edək ki, N. Əhmədova yanvarın 23-də gecə saatlarında hipertoniya və qan dövranının pozğunluğu diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 154
avatar

Yalçın UĞUR

Oxşar yazılar