Xalq artisti nənə oldu
06 iyun 2014 12:07 (UTC +04:00)

Xalq artisti nənə oldu

Azərbaycanın xalq artisti, opera müğənnisi, Fidan Qasımova nənə olub. Lent.az-ın anspress-ə istinadən verdiyi məlumatına görə, Fidan xanımın oğlu Fəridin qızı dünyaya gəlib. Yeni doğulan körpə sənətkara ilk dəfə nənəlik sevincini yaşadıb. Körpəyə hələ ad verilməyib. 

Xatırladaq ki, F.Qasımova Azərbaycan Respublikasının Dövlət mükafatı laureatıdır. 1974 ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs deyir. 1992-ci ildən isə İstanbul Dövlət Universitetinin Konservatoriyasının professorudur. "Şöhrət" ordeni ilə təltif edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2011

Oxşar yazılar