VII Avropa Film Festivalı açılışı oldu
03 noyabr 2016 21:30 (UTC +04:00)

VII Avropa Film Festivalı açılışı oldu

Bakıda VII Avropa Film Festivalının açılışı olub. APA-nın məlumatına görə, film festivalı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi və üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə keçirilir.

 

Tədbirdə çıxış edən “Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyev bildirib ki, ümumilikdə festivalda 19 ölkədə lentə alınan filmlər nümayiş olunacaq: “Mən çox şadam ki, festival ildən ilə maraq artır. Festivalda tamaşaçılara həm bədii, həm sənədli filmlər təqdim ediləcək. Bu il festivalda 6-7 min insanın iştirak edəcəyini gözləyirik”.

 

Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mard festivalın təşkilini əlamətdar hadisə kimi dəyərləndirib. O, qeyd edib ki, festival Azərbaycan və Avropa arasında mədəni əlaqələri daha da genişləndirəcək: “Mən festivalda dəstəyinə görə Xarici İşlər Nazirliyinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm. Ümid edirəm, filmlər tamaşaçıların zövqünü oxşayacaq və festivala maraq hər zaman yüksək olacaq”.

 

İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Die festivalın açılışında nümayiş olunan “Bağlı gözlərlə yaşamaq asandır” ispan filmi haqqında məlumat verib.

 

Festival İspaniya və Yunanıstan istehsalı olan “Bağlı gözlərlə yaşamaq asandır”, “Kiçik İngiltərə” adlı filmlərin nümayişi ilə açıq elan olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 671
avatar

Oxşar yazılar