Dövlət Akademik Opera və Balet Teatrında V Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, Beynəlxalq Musiqi Festivalının açılışına Ü. Hacıbəylinin "Arşın mal alan" musiqili komediyası ilə başlanıb. Səhnə əsərinin dirijoru Cavanşir Cəfərov, solistlər Fərid Əliyev, Afaq Abbasova, Şahlar Quliyev, Gülyaz Məmmədova, Fidan Hacıyeva, Ələkbər Əliyev, Telman Əliyevdir.
Qeyd edək ki, Azərbaycan prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il ənənəvi Üzeyir Musiqi Günü keçirilir.