“Ümidlüyük ki, İranın mövqeyi bu oyunun daha da inkişaf etdirilməsi olacaq ”.
Bunu UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Komitəsinin 8-ci sessiyasının tədbirləri çərçivəsində keçirilən mətbuat konfransında Əbülfəs Qarayev deyib. Çövkən oyunu ilə bağlı bir müddət əvvəl İranla Azərbaycan arasında yaranan narahatlıqla bağlı Lent.az-ın sualını cavablandırarkən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, məsələ ilə bağlı hər hansı narahatçılığa əsas yoxdur: “Ümid edirik ki, İranın mövqeyi bu oyunun daha da inkişaf etdirilməsi olacaq. Bizim hazırladığımız sənədlər UNESCO-nun bütün kriteriyalarına cavab verən sənədlərdir. Məqsədimiz bu oyun növünün UNESKO-nun siyahısına salınmasından ibarətdir”.
UNESKO-nun mədəniyyət işləri üzrə direktor müavini Françesko Bandarin bildirib ki, təmsil etdiyi təşkilatın təcrübəsində bu cür mübahisəli məsələlərə rast gəlinib: “Düşünürəm ki, hər hansı narahatçılığa əsas yoxdur. Çünki hər şey şəffaflıq üzərində qurulub. Əlbəttə, biz qarşılıqlı maraqlar üzərində qurulan hallara rast gəlirik. Biz hər bir məsələyə diqqətlə yanaşırıq”.