UNESCO qərargahında Novruz bayramı qeyd ediləcək. Lent.az-ın məlumatına görə, TÜRKSOY-un yaydığı xəbərdə deyilir ki, bayram tədbirinin bu ayın 24-də keçirilməsi nəzərdə tutulub.
Tədbirdə TÜRKSOY baş katibi Düsen Kasseinov, UNESCO-nun baş direktoru İrina Bokova iştirak edəcək. Azərbaycandan olan artistlərin də konserti keçiriləcək.