Yanvarın 29-da Türkiyənin məşhur Bilkənt Simfonik Orkestri Heydər Əliyev Mərkəzində konsert verəcək. Lent.az-ın məlumatına görə, orkestrin bədii rəhbəri İşın Metinin dirijorluğu ilə təqdim olunacaq konsertdə skripkada əməkdar artisti Toğrul Qəniyev ifa edəcək.
Konsertdə tamaşaçılara Türkiyə, Almaniya və Rusiya bəstəkarları Ülvi Cemal Erkin, Feliks Mendelson və Sergey Raxmaninovun əsərləri təqdim olunacaq.
Qeyd ed’k ki, kollektiv İtaliya, San-Marino, İsveçrədə keçirilən bir çox beynəlxalq festivallarda çıxış edib, Almaniya, Portuqaliya, Belçika və Yaponiyada konsertlər verib.