
Türkiyənin məşhur layihəsinin Azərbaycan seçiminə start veriləcək
Türkiyənin məşhur “Sinemanin kral və kraliçasi”: 2-ci sinema güzeli yarişmasi” layihəsinin Azərbaycan seçiminə start veriləcək.
Lent.az-ın məlumatına görə, ötən əsrdə Türkan Şoray, Tarık Akan, Fatma Girik, Cüneyt Arkın, Hülya Köçyiğit kimi məşhur sənətçilərin də iştirak etdiyi və “Sinemanın Kral və Kraliçesi:II Sinema Güzeli Yarışması” adlanan layihədə iştirak üçün qeydiyyatdan keçən gənclərin seçiminə başlanılacaq. Seçim turunda paytaxt Bakı və bir çox regionlardan çoxlu sayda gənc iştirak edəcək. “Sinema güzeli yarışması”nın təşkilatçısı Atilla Kaplakarslanın rəhbərlik etdiyi münsiflər, eləcə də Azərbaycan nümayəndəliyinin səs verəcəyi gənclər arasından sonda 1 qız və 1 oğlan finala vəsiqə qazanacaqlar. Onlar birbaşa İstanbulda keçiriləcək son final yarışmasına qatılacaqlar.
Türkiyə, bəzi Avropa ölkələri və Azərbaycandan seçiləcək 14 qız və 14 oğlan finalçı onlar üçün yaradılan düşərgədə qalacaqlar. Bu müddətdə onların saç və cildlərinə qulluq ediləcək, aktyorluq dərsləri keçiləcək. Eyni zamanda müsabiqə gecəsi nümayiş etdiriləcək səhnələr üçün təlim keçiriləcək.
Layihənin məqsədi istedadlı gənclərin müsbaiqə yolu ilə seçilməsi və Türkiyə filmlərinə dəvət olunmasıdır. Müsabiqə istedadlı gənclərə bacarıqlarını nümayiş etdirmək şansı yaradır.
“Ötən əsrin 70-ci illərində Türkiyənin Artist” və “Səs” jurnallarının həyata keçirdikləri “Sinema Gözəli” yarışı ilə “Yeşilçam”ın bir çox istedadlı gəncləri məşhur aktyor və aktrisalar kimi tarixə düşdülər. 2017-ci ilin mart ayında yenidən fəaliyyətə başlayan müsabiqədə hüquq fakülətəsinin məzunu Dilara Gülsün Meydancı “Kraliça”, Robert Liseyinin məzunu 22 yaşlı Orhan Öztürk isə “Kral” oldu.
Layihənin seçim turu yanvarın 21-də saat 14:00-17:00-a kimi Pullman Hoteldə (Mikayıl Müşfiq küç.) baş tutacaq.
Oxşar yazılar
"Kəramət bekardı, layk üçün yaşayan adamdı" - Rüfət Nasosnu ilə QALMAQALLI MÜSAHİBƏ
31 may 2025 , 12:48
Aktyor Füzuli Hüseynovu üzvlükdən çıxarıb töhmət verdilər
30 may 2025 , 19:14
Real SEKS səhnələri ilə tarixdə qalan 5 film -VİDEO
29 may 2025 , 18:00
Əməkdar artist Vahid Əliyevin SON VƏZİYYƏTİ
29 may 2025 , 15:40
Şeytandan müqəddəs ataya: Al Paçinonun filmlərdəki 6 simvolik rolu - Baxmağa dəyər
28 may 2025 , 16:38
Bu seriallar sizi DİNCƏLDƏCƏK - VİDEO
28 may 2025 , 12:42
Meyxana toyları pis günə salıb - Xanəndə Aqil Məlikov
27 may 2025 , 16:13