Türkiyəli opera müğənnisi Oya Ergün 8 mart Beynəlxalq "Qadınlar günü" münasibəti ilə Rəşid Behbudov adına Mahnı Teatrında konsert verəcək. Lent.az-ın məlumatına görə, O.Ergün “Azərbaycan qadınlarına hədiyyə” adı altında səhnəyə çıxacaq. Gecə Rəşid Behbudovun 100 illiyinə həsr olunacaq.
Qeyd edək ki, konserti martın 5-i saat 19-30 da keçiriləcək. Konsert zamanı türkiyəli müğənnini azərbaycanlı orkestr müşayiət edəcək. Xanım Ergün onu da əlavə edib ki, onun musiqili gecəsinə, Türkiyədən sürpriz qonaq da qatılacaq. Konsertə giriş dəvətnamə ilə olacaq.