Türk dünyasının sənətçiləri sentyabrın 11-də Dənizli şəhərində keçiriləcək “Türkçəviziyon” festivalında bir araya gələcək. TRT-nin Bakı nümayəndəliyindən Lent.az-a verilən xəbərə görə, say etibarilə 4–cü olacaq festivalda Orta Asiya və Balkanlardan 21 ölkə iştirak edəcək. Festivalda Azərbaycanı Tünzalə Ağayeva təmsil edəcək.
Festival “Bir dil, bir ürək’’ şüarı adı altında keçiriləcək. TRT-nin baş direktoru İbrahim Şahin tədbirin xalqların bir-birini tanımalarında, qaynayıb-qarışmalarında, sevgi bağının meydana gəlməsində və mədəniyyətlərin tanıdılmasında böyük rol oynayacağını söyləyib.
TRT Bakı nümayəndəsi Yüksəl Dəğercanın verdiyi məlumata görə, festival sentyabrın 14-də Bakı saatı ilə 23:00- da “TRT Avaz” və “TRT Müzik” kanallarında, həmçinin Azərbaycanın İctimai Televiziyası daxil olmaqla 14 ölkədə canlı yayımlayacaq.