Prezident İlham Əliyev görkəmli bəstəkar Tofiq Quliyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, sərəncama əsasən, Tofiq Quliyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planının Azərbaycan Bəstəkarlar İttifaqının təklifləri nəzərə alınmaqla hazırlanıb həyata keçirilməsi Mədəniyyət və Turizm Nazirliyinə tapşırılıb.
Dövlət başçısının digər sərəncamına əsasən, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqının təkliflərini nəzərə almaqla, Cövdət Hacıyevin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılıb.
Nazirlər Kabinetinə isə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.