Tərcümə Mərkəzi növbəti beynəlxalq kitab sərgisində
02 mart 2015 16:54 (UTC +04:00)

Tərcümə Mərkəzi növbəti beynəlxalq kitab sərgisində

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin dil mütəxəssisləri – Qəmər Alxanova və Kəmalə Ələkbərova Türkiyənin İstanbul şəhərində keçirilən CNR – Beynəlxalq Sərgi Mərkəzinin kitab fuarında iştirak ediblər. Mərkəzin əməkdaşları Türkiyə Respublikası Mədəniyyət Nazirliyinin “Müqayisəli tərcümə” adı altında təşkil etdiyi müzakirədə məruzəylə çıxış ediblər.

 

Məruzələrdə hər iki ölkənin dünya ədəbiyyatından olunan tərcümələr, Tərcümə Mərkəzinin fəaliyyəti, bu günə qədər Azərbaycan dilinə Türkiyə türkcəsindən edilən uyğunlaşdırmalar və hər iki ölkənin ədəbi əsərlərinin tərcümə perspektivləri işıqlandırılıb. Daha sonra Mərkəzin fəaliyyəti əks etdirilən videoçarx nümayiş etdirilib.

 

Tədbirdə Türkiyə Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kitabxanasının və Nəşriyyat şöbəsinin müdiri Həmdi Turşucu Tərcümə Mərkəzinin fəaliyyətinin təqdirəlayiq olduğu barədə fikirlərini bildirməklə yanaşı, qurumlararası sıx əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.

 

Sərgi müddətində Tərcümə Mərkəzinin nəşr etdiyi kitablar, kataloqlar, “Xəzər” jurnalının yeni sayları nümayiş etdirilib. Nəşrlər ziyarətçilər tərəfindən maraqla qarşılanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 267
avatar

Kulis Canıyev

Oxşar yazılar