Akademik Milli Dram Teatrı Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edəcək. Teatrdan Lent.az-a verilən məlumata görə, teatrının kollektivi sabah Gürcüstana yola düşəcək. Kollektiv festivalda “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edəcək.
Festivalda “Yeni teatr marketi” proqramı çərçivəsində təqdim olunan Akademik Milli Dram Teatrının tamaşası oktyabrın 3-də Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində yerli vaxtla saat 20:00-da nümayiş etdiriləcək.
Rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada əməkdar artistlər Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.