Teatrda “Sevgi şərbəti” hazırlanacaq
09 sentyabr 2013 11:14 (UTC +04:00)

Teatrda “Sevgi şərbəti” hazırlanacaq

Opera və Balet Teatrı 105-ci teatr mövsümünə başlayır. Teatrının mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, ənənəyə uyğun olaraq mövsümə Üzeyir Hacıbəylinin   “Arşın mal alan” tamaşası ilə start veriləcək.

Tamaşa Ü. Hacıbəyli Beynəlxalq Musiqi festivalının açılışına və əsərin 100 illiyinə həsr olunacaq. Tamaşanı xalq artisti, professor Cavanşir Cəfərov idarə  edəcək.

Bundan başqa tamaşaçılar sentyabrda G. Donisettinin “Sevgi şərbəti”, C. Verdinin “Aida”, Ü. Hacıbəylinin “Leyli və Məcnun” operalarını da izləyə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar