Tarix Muzeyində sərgi
27 avqust 2013 16:25 (UTC +04:00)

Tarix Muzeyində sərgi

Tarix Muzeyində (MATM) “Qafqaz İslam Ordusu və Bakının azad edilməsi - 95” mövzusunda sərgi keçiriləcək. Muzeydən Lent.az-a verilən məlumata görə, Bakının erməni-bolşevik qüvvələrindən azad edilməsinin 95 illiyinə həsr olunmuş sərgiyə hazırlıq işləri tamamlanmaq üzrədir.

 

Qeyd edək ki, 1918-ci il sentyabrın 15-də general Nuru Paşanın rəhbərlik etdiyi Türkiyə və Azərbaycan hərbi hissələrindən ibarət Qafqaz İslam Ordusu Bakını düşmən qüvvələrindən azad edib.

 

Muzeydə Qafqaz İslan Ordusunun şərəfli yürüşünü əks etdirən eksponatlar var. Ümumilikdə 100-ə yaxın eksponat, 20-yə yaxın məlumat stendləri, fotoşəkillər, maketlər, rəsm əsərləri və s. tamaşaçıya o dövrün hadisələrini tam təsəvvür etməyə imkan verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 699
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar