Tanınmış bəstəkara efir qadağası qoyulub
29 yanvar 2017 14:41 (UTC +04:00)

Tanınmış bəstəkara efir qadağası qoyulub

“Həkimlər səhhətimlə əlaqədar televiziya verilişlərində iştirakıma qadağa qoyub”

 

Lent.az xəbər verir ki, bunu azvision.az-a əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Tahir Əkbər deyib. Bu yaxınlarda səhhəti pisləşən bəstəkar hazırda özünü yaxşı hiss etdiyini bildirib.

 

“Hazırda vəziyyətim yaxşıdır. Müalicələrimi davam etdirirəm. Bildiyiniz kimi il yarım əvvəl ağır beyin əməliyyatı keçirmişəm. Beynimi çox yormaq olmaz. Amma həkimlərin tapşırıqlarına əməl etmədim. Normadan artıq işlədim. Elə musiqi əsərləri oldu ki, onları təxirə sala bilmədim. Yaradıclıq çətin prosesdir. Həkim mənə dedi ki, bu qədər işləmək olmaz, artıq dincəlməlisən. Nədənsə, həkimin sözünə qulaq asmadım. Nəticədə səhhətimdə problem yarandı. Gördüm ki, artıq dilim söz tutmur. Şükürlər olsun ki, indi yaxşıyam. Ciddi problem yoxdur. Bir az dincəlməyə ehtiyacım var”,- T.Əkbər deyib.

 

Bəsətkar müalicəsi bitdikdən sonra yenidən yaradıcılıqla məşğul olacağını söyləyib: “Bu yaxınlarda mənə yaxşı iş təklifi ediblər. Səbirsizliklə gözləyirəm ki, yenidən işə başlayım. Ancaq həkimlər televiziyalara çıxmağıma qadağa qoyublar. Dedilər ki, lazım deyil, həyacanlana bilərsən”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 408
avatar

Oxşar yazılar