Tacik rejissoru Bakıda tamaşa hazırlayacaq
07 aprel 2014 15:32 (UTC +04:00)

Tacik rejissoru Bakıda tamaşa hazırlayacaq

Azərbaycan Dövlət Musiqili Teatrı Tacikistanın xalq artisti, Qırğızıstanın əməkdar incəsənət xadimi, rejissor Sultan Usmanovu Bakıya dəvət edib. Teatrdan Lent.az-a verilən məlumata görə, rejissor teatrın səhnəsində özbək dramaturqu İbrahim Sadıqovun “Molla Nəsrəddinin beş arvadı” komediyasına quruluş verəcək. 

 

Qeyd edək ki, S. Usmanov Moskvada A. V. Lunaçarski adına Dövlət Teatr İnstitutunun musiqili teatr rejissoru fakültəsini bitirib, 70-ə yaxın opera, musiqili tamaşa və dram əsərinə quruluş verib. Son illərdə Qazaxıstan, Qırğızıstan, Özbəkistan və İran kimi ölkələrin müxtəlif teatrlarında tamaşalar hazırlayıb. Fransada keçirilən Avinyon, Moskvadakı A. P. Çexov adına Beynəlxalq Teatr Festivalı və İranda keçirilən 27-ci Fəcr kimi mötəbər teatr yarışmalarının iştirakçısı olub və yüksək mükafatlara layiq görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607
avatar

Ləman Mustafaqızı

Oxşar yazılar