Sumqayıtın 31 nömrəli orta məktəbində gənc yazıçı Cavid Zeynallı ilə görüş keçirilib. Lent.az-ın məlumatına görə, görüş “Gənc yazıçıların Sumqayıtda imza günləri” layihəsi çərçivəsində reallaşıb.
Layihənin rəhbəri Türkan Rəhimova bildirib ki, gənc yazıçıların imza günlərinin məqsədi gənclər arasında kitaba marağı artırmaq və gənc qələm adamlarının tanıdılmasına nail olmaqdır.
Gənc yazıçı C. Zeynallı ədəbi yaradıcılıq fəaliyyəti, yeni nəşr olunan “Leyla” romanı ilə bağlı görüş iştirakçılarına məlumat verib və onların suallarını cavablandırıb.
Sonda C. Zeynallı “Leyla” romanını öz imzası ilə iştirakçılara təqdim edib.