Şəkidə Beynəlxalq Teatr Festivalı açıldı
12 may 2018 20:39 (UTC +04:00)

Şəkidə Beynəlxalq Teatr Festivalı açıldı

Şəkidə “Sərhədsiz teatr”  3-cü  Şəki Beynəlxalq Teatr Festivalının açılışı olub.

 

APA-nın Şəki Zaqatala bürosunun məlumatına görə, beynəlxalq festival “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə 2018-ci il 12-19 may tarixlərində baş tutacaq festival ümummilli lider Heydər Əliyevin 95, müsəlman Şərqində ilk parlamentli respublika – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 və milli peşəkar teatrın yaradılmasının 145 illiyinə həsr olunub.

 

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, Şəki Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə baş tutan festivalda Azərbaycanla birlikdə 6 ölkədən 9 teatr iştirak edəcək.

 

Açılışdan öncə keçirilən mətbuat konfransında festival haqqında məlumat verilib və jurnalistlərin sualları cavablandırılıb.

 

Respublikamızda artıq 3-cü dəfə keçirilən və teatr ənənələrimizdən birinə çevrilən festivalın Təşkilat Komitəsinə iştirak üçün dünyanın müxtəlif ölkələrindən – Rusiya, Qazaxıstan, Gürcüstan, Ukrayna, Meksika, Kolumbiya, Argentina, Fransa, İsrail , İtaliya, Mərakeş, Küveyt, Makedoniya və İrandan 60-dan çox təklif daxil olub.

 

Festivalın açılışı İranın “Titovak” Teatrının V.Şekspirin “Maqbet-Zar” tamaşasıyla başlayıb.

 

Festival çərçivəsində Kolumbiyadan Acto Teatrının Q.Q Markesin “Məsum Erendira”, İranın Muğan –Hünər teatrının M.Məhbədinin “Canavar”, Gürcüstandan “Muvement” teatrının , V. Şekspirin “Fırtına, Rusiyadan “Yaradıcı Qrup”, Kazan Mədəni Təşəbbüslər fondunun “Əlif” və V.Txapsayev adına Şimali Osetiya Dövlət Akademiya Teatrının uşaqlar üçün  “Möcüzələr Ölkəsində” tamaşaları ilə çıxış edəcəklər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 754

Oxşar yazılar

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

8 milyonluq səhifəsində Azərbaycan mahnısı ifa etdi - VİDEO

31 iyul 2025 , 06:31
Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə  satıla bilər

Dalinin unudulmuş əsəri 30 min funt sterlinqə satıla bilər

30 iyul 2025 , 04:51
Arif Babayevin SON DURUMU

Arif Babayevin SON DURUMU

29 iyul 2025 , 11:01
Azərbaycanda xanəndə vəfat etdi

Azərbaycanda xanəndə vəfat etdi

29 iyul 2025 , 10:42
Xalq artistinin oğlu vəfat etdi

Xalq artistinin oğlu vəfat etdi

29 iyul 2025 , 09:14
Xalq artisti Arif Babayevin son vəziyyəti

Xalq artisti Arif Babayevin son vəziyyəti

28 iyul 2025 , 11:06
Arif Babayev

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır

27 iyul 2025 , 14:44
Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

Arif Babayevin vəziyyəti ağır olaraq qalır - YENİLƏNİB

26 iyul 2025 , 14:38