Gənc Tamaşaçılar Teatrı 86-cı mövsümünə maraqlı tamaşalarla başlayacaq. Teatrın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, sentyabrın 21-də teatrda A.Tolstoyun “Buratinonun macəraları”, 16 yaşdan yuxarı olan tamaşaçılar üçün nəzərdə tutulmuş L.Nurenin “Müharibə” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa göstəriləcək.
“Müharibə” tamaşasının quruluşçu rejissoru teatrın baş rejissoru Bəhram Osmanov, quruluşçu rəssamı Sevinc Həsənova, rejissor assistenti Gülnar Hacıyeva, musiqi tərtibatçısı İradə Muradovadır.